...

İl ərzində Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Maliyyə Materials 1 İyul 2021 16:21 (UTC +04:00)
İl ərzində Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,455 milyard dollar təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,8 faiz və ya 5,1 milyon dollar azalıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti