...

2025-ci ilədək Azərbaycanda orta aylıq əmək haqqı 25 faizdən çox artacaq

Maliyyə Materials 10 Sentyabr 2021 14:31 (UTC +04:00)
2025-ci ilədək Azərbaycanda orta aylıq əmək haqqı 25 faizdən çox artacaq

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycanda 2025-ci ilədək əhalinin gəlirləri, xərcləri və orta aylıq əməkhaqqı artacaq.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.

Nazirliyin proqnozlarına əsasən, buna ortamüddətli perspektivdə inflyasiyanın tənzimlənməsi kömək edəcək ki, bu da əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək. 2025-ci ilədək Azərbaycanda inflyasiyanın bu ilin göstəriciləri ilə müqayisədə 1,7 faiz azalaraq 3,2 faiz təşkil edəcəyi gözlənilir.

2021-ci ilin sonunadək əhalinin gəlirləri 2020-ci ilin sonu ilə müqayisədə 5,6 faiz artaraq 55,7 milyard manatdan 58,8 milyard manata çatacaq. 2025-ci ildə isə gəlirlər bu illə müqayisədə 31,5 faiz artaraq 77,3 milyard manata çatacaq.

Proqnozlara əsasən, 2025-ci ilədək Azərbaycanda əhalinin xərcləri bu illə müqayisədə 31,7 faiz artaraq 69,8 milyard manat təşkil edəcək.

Eyni zamanda Azərbaycanda 2021-2025-ci illər ərzində orta aylıq əmək haqqının həcmi 26 faiz artaraq 742,8 manatdan 935 manata çatacaq.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti