Bakı. Trend:
Qəbələ rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Həmzəlli kəndində ümumi sahəsi 162 m² (hər mərtəbəsi 81 m²) olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın tavanı 4 m² sahədə, 2-ci mərtəbəsində 1 otağın döşəməsi 4 m² sahədə və tavanı 3 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.