...

Xarici investorlar Azərbaycanın maliyyə bazarında aktiv fəaliyyətə başlayıb - PAŞA Kapital

Maliyyə Materials 11 İyun 2024 11:34 (UTC +04:00)
Xarici investorlar Azərbaycanın maliyyə bazarında aktiv fəaliyyətə başlayıb - PAŞA Kapital
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici investorlar Azərbaycanın maliyyə bazarında aktiv fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, bu barədə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin İdarə Heyətinin sədri Ceyhun Hacıyev 2023-cü il üzrə fəaliyyətin yekunları və qarşıdakı dövr üzrə strateji planlara dair mətbuat konfransında çıxışında deyib.

"Xarici bank Azərbaycanın istiqraz bazarında aktiv fəaliyyət göstərir. Biz bu banka broker xidmətləri göstəririk. Fikrimizcə, Milli Depozit Mərkəzinin beynəlxalq depozit mərkəzləri ilə inteqrasiyasından sonra Azərbaycan bazarına daha çox xarici investor daxil olacaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2012-ci ilin iyun ayında yaradılıb. PAŞA Kapital müştərilərinə geniş spektrə malik xidmətlər, o cümlədən broker xidməti, konsaltinq və tədqiqat, anderraytinq, marjinal ticarət, konsultasiya xidmətləri, eləcə də digər yanaşı investisiya xidmətləri təklif edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti