Bakı. Trend:
Bakı Fond Bazarı (BFB) öz bazarına daha çox fərdi investor cəlb etmək istəyir ki, onların fond bazarındakı payı 10-15%-ə yüksəlsin.
Trend xəbər verir ki, bu barədə BFB-nin idarə heyətinin sədri Ruslan Xəlilov mətbuat konfransında bildirib.
"2024-2026-cı illər ərzində fərdi investorlar üzrə proqnozumuz 165 milyon manat təşkil edir", - o vurğulayıb.
R. Xəlilov həmçinin, BFB-nin siyahıyaalma qaydalarını yaxşılaşdırmaq üzərində çalışdığını qeyd edib.
"Biz düşünürük ki, siyahıyaalma qaydalarına uyğun gəlməyən və sabitliyini sübut etməyən şirkətlər də kvalifikasiyanı artırdıqdan sonra bizim siyahıyaalma sistemimizə daxil olma imkanı əldə etsinlər. Siyahıyaalma qaydalarını dəqiqləşdirmək üzərində işimiz də məhz bu istiqamətdədir”, - BFB-nin sədri əlavə edib.