...

“Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibi müəyyənləşdiriləcək

Maliyyə Materials 7 Aprel 2025 09:52 (UTC +04:00)
“Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibi müəyyənləşdiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 23-də “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə BOKT özü elan edib.

Məlumata görə, yığıncaq BOKT-nin baş ofisinin yerləşdiyi Bakı ş. Nəsimi r. S. Vurğun 60 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin Müşahidə Şurasının tərkibinin müəyyən edilməsi daxildir.

Qeyd edək ki, sözügedən BOKt 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 38,9 milyon manat olan BOKT-nin qanuni təmsilçisi Quliyev Elnur Eldar oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti