...

PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələri Azərbaycana səfər edəcəklər

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 15:04 (UTC +04:00)
PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələri Azərbaycana səfər edəcəklər
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələri Azərbaycana səfər edəcəklər.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ADA Universitetində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.

"Gələn həftə PreCOP-da iştirak etmək üçün 70-dən çox ölkənin nümayəndələri nazir, nazir müavini və nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində Azərbaycana səfər edəcəklər. Biz, həmçinin, Paris Sazişinin 6-cı maddəsi və yeni maliyyə məqsədiilə bağlı müzakirələr aparacağıq və bu kontekstdə iqlim gündəminə özəl sektorun cəlb edilməsinə böyük maraq var, çünki özəl sektor iqlim maliyyələşdirilməsinin ən böyük mənbələrindən biridir", - o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti