...

Azərbaycanın dövlət orqanlarının İnternet resurslarının monitorinqinin ikinci mərhələsi başlanır

Telekommunikasiya Materials 3 Dekabr 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2007-ci ilin dekabr ayından 2008-ci ilin mayınadək "İnformasiya azadlığının inkişafı" QHT koalisiyası tərəfindən Azərbaycanın dövlət orqanlarının internet səhifələrinin informasiya baxımından şəffaflığı ilə bağlı monitorinqin ikinci mərhələsi təşkil olunacaq.

Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xitdmətindən verilən məlumata görə, 49 dövlət orqanının İnternet səhifəsinə baxış keçiriləcək.

Monitorinq zamanı dövlət orqanlarının səhifələrində yerləşdirilmiş məlumatın mövcud qanunvericiliyə uyğun olması və rəsmi resursların mövcud normalara cavab verməsi araşdırılacaq.

Xəbər lenti

Xəbər lenti