...

Avropanın böyük mobil rabitə operatoru Azərbaycanda 3G xidmətlərini tətbiq etmək istəyir - şirkətin prezidenti (video)

Telekommunikasiya Materials 10 Yanvar 2008 15:02 (UTC +04:00)
Avropanın böyük mobil rabitə operatoru Azərbaycanda 3G xidmətlərini tətbiq etmək istəyir - şirkətin prezidenti (video)

Azərbaycan, Bakı, 10 yanvar/ Trend , müxbir S.Babayeva/ "TeliaSonera" şirkətinin Azərbaycanda əsas məqsədi üçüncü nəsil rabitə xidməti-3G xidmətlərini tətbiq etməkdir. Bu barədə cümə axşamı Bakıda Avropanın ən böyük mobil rabitə operatorlarından birinin - "TeliaSonera" şirkətinin prezidenti və baş icraçı direktoru Lars Nürberq məlumat verib. "TeliaSonera" Azərbaycanın mobil rabitə operatoru "Azercell" BM-in əsas səhmdarıdır. "Bu, Azərbaycan üçün əsl texnoloji sıçrayış olacaq"-şirkət rəhbəri hesab edir.

2005-ci iilin sonunda 2.8 mln.-dan çox abonentə malik "Azercell Telecom" BM, 2007-ci ildən isə 2007-ci ilin əvvəlində 300 min abonentə malik, mobil rabitə bazarının kifayət qədər gənc operatoru "Azerfon" BM Azərbaycanda üçüncü nəsil şəbəkə xidmətlərinin göstərilməsində maraqlı olduqlarını bildiriblər.

"Azercell Telecom"un baş direkotru Həlim Atəşin sözlərinə görə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları tərəfindən lizensiya verildiyi halda investisiyaların böyük hissəsi məhz bu sahəyə yönəldiləcək. Şirkət bu təkliflə Rabitə Nazirliyinə 2005-ci ildə müraciət edib. O, investisiyaların dəqiq həcmini bildirməyib.

"TeliaSonera"nın rəhbəri Azərbaycan hökuməti ilə 3G-nin tətbiqi məsələsini ölkəyə bir günlük səfəri zamanı müzakirə edəcəyini bildirib. Səfər yanvarın 10-da başa çatır.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bir qədər əvvəl 2008-ci ilin birinci yarısında "üçüncü nəsil" rabitə xidməti 3G-nin tətbiq edilə biləcəyini bildirib.

3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən işlənib və İMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G üçüncü nəsil İnternet şəbəkəsi xidmətlərinə yüksəksürtəli mobil çıxışı və ötürmə kanalı yaradan radiorabitə texnologiyalarını birləşdirən xidmətlər toplusudur. 3G üçüncü nəsil şəbəkələri 2QQç diapazonu tezliklərinə işləyərək məlumatları saniyədə 2 Mbit/s sürəti ilə ötürürlər. Onlar telefon video əlaqəsi yaratmaq, mobil telefonda filmlərə və teleproqramlara baxmaq imkanı yaradır.

Dünyada 3G-nin iki standartı var: UMTS (yaxud W-CDMA) və CDMA2000. UMTS əsasən Avropada, CDMA2000 isə Asiya və ABŞ-da yayılıb. "Wireless Intelligence"in məlumatlarına görə, 2006-cı ilin sonu üçün dünyada 364 mln. 3G abonenti olub. Onlardan 93.5 mln. UMTS, 271.1 mln. isə CDMA2000 şəbəkəsinə qoşulub.

"TeliaSonera" şirkəti 2002-ci ildə İsveçin və Finlandiyanın iki operatorunun -"Telia" və "Sonera"nın birləşməsi ilə yaranıb. Şikrətin 690 mindən çox abunəçisi var. Ən böyük səhmdarlar İsveç (37.3%) və Finlandiya (13.7%) hökumətləridir. "TeliaSonera" və onun birgə müəssisələri dünyanın 18 ölkəsində ümumilikdə 100 mln. abonentə xidmət göstərir. 2006-cı ildə şirkətin təmiz gəliri 91 mlrd. İsveç kronu, VÖGKDA (vergilərin ödənilməsinədək olan gəlir, kredit dərəcələri və amortizasiya) 32.266 mlrd. İsveç kronu, xalis gəlir isə 19.28 mlrd. İsveç kronu olub.

1996-cı il 19 noyabrda təsis edilən "Azercell Telecom" həmin ilin 15 dekabrında fəaliyyətə başlayıb. Bu gün "Azercell" Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35.7%) və "Fintur Holdings" şirkətinin (64.3%) birgə müəssisəsidir. "Fintur Holdings BV" "TeliaSonera" (58%) və "Turkcell" (42%) şirkətləri tərəfindən yaradılan birgə müəssisəyə daxildir.

Xəbər lenti

Xəbər lenti