...

Azərbaycan və İsveçrə informasiya texnologiyaları sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 25 Yanvar 2008 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və İsveçrə Konfederasiyasının Ətraf Mühit, Nəqliyyat, Energetika və Kommunikasiya üzrə Federal Departamenti cümə günü Davosda rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Sənəd Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsveçrənin federal departament rəhbəri Moris Leyenberqer tərəfindən imzalanıb.

Sənəddə, regionda informasiya texnologiyaları üzrə prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iri layihələrdən birində və Avropa ilə Asiya arasında yüksək sürətli informasiya magistralının yaradılmasında Azərbaycanın aparcı rolu göstərilir.

Memorandum Azərbaycan və İsveçrəə arasında poçt şəbəkəsinin modernləşdirilməsi və inkişafını, informasiya texnologiyaları sahəsində əməkdaşlığı da nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti