...

İnsan Resursları Fondu Azərbaycanda İT-nin inkişafını müzakirə etməyə hazırlaşır

Telekommunikasiya Materials 7 May 2008 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir S.Babayeva/ İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı məqsədilə 2006-cı ilin sonunda təsis edilən İnsan Resursları Xeyriyyə Fondunun ilk iclası mayın sonu-iyunun əvvəlində keçirilə bilər. Bu barədə çərşənbə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.

İclasda idarə heyətinin üzvləri seçiləcək və rabitə sahəsində yerli kadrlara yardım və xaricdə təhsil üzrə iş planı müəyyən olunacaq.

Fondun Qeyri-Hökumət Təşkilatı qismində yaradılması təşəbbüsü ilə RİTN rəhbərliyi və İT şirkətləri çıxış edib.

Fondun tərkibinə 15-dən çox İT şirkəti - AZEL, Sinam, Ultra, Catel, Azercell, Bakcell, Azerfon, Microsoft və digərləri daxildir. Fondun heyəti Azərbaycanda fəaliyyət göstərən digər şirkətlərin hesabına gələcəkdə genişləndirilə bilər.

Buna qədər RİTN-nin xətti ilə Ukrayna, ABŞ və Koreyanın ali məktəblərində təxminən 30 nəfər təhsil alır. Tələbələrin təhsili Fondun vəsaitləri hesabına həyata keçiriləcək. Vəsait mənbələri qismində isə özəl şirkətlər və RİNT iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti