...

Azərbaycan MPEG-4 standartı üzrə rəqəmsal yayıma keçir

Telekommunikasiya Materials 23 İyun 2008 14:46 (UTC +04:00)
Azərbaycan MPEG-4 standartı üzrə rəqəmsal yayıma keçir

Azərbaycan, Bakı, 23 iyun/ Trend , müxbir S.Babayeva/ Azərbaycan əvvəllər planlaşdırılan MPEG-2 standartı əvəzinə MPEG-4 texnologiyası üzrə rəqəmsal yayıma keçir. Bu barədə ölkənin Rabitə Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası şöbəsinin baş məsələhtçisi Qulam Abdullayev məlumat verib.

"Əvvəllər MPEG-2 üzrə bir sıra avadanlıq quraşdırmağımıza baxmayaraq, nazirliyin iclasında ən müasir texnologiyaya - MPEG-4-ə keçməyə qərar verdik", - dövlət idarəsindən məlumat veriblər.

MPEG-4 əsasən rəqəmsal audio və videonun sıxılması üçün istifadə edilən beynəlxalq standartdır, 1998-ci ildə yaradılıb. Bu standarta Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat/ IEC Moving Picture Experts Group ( MPEG İSO-nun təqdir etdiyi audio və videonun sıxılması standartları və qarşıq texnologiyalar qrupu daxildir.

MPEG-4 standartı əsasən fəal şəkildə sıxılmış rəqəmsal video və səsdən istifadə edildiyi yayım (canlı yayım), film disklərinin kompakt-disklərə yazılması, videotelefoniya (videotelefon) və geniş yayım üçün istifadə edilir.

Beynəlxalq Rabitə İttifaqının (İTU) tövsiyələrinə əsasən, Azərbaycan da daxil olmaqla bütün ölkələr 2015-ci ilədək tamamilə rəqəmsal yayıma keçməlidirlər.

Rabitə Nazirliyindən bildiriblər ki, bu gün avadanlığın quraşdırılması və ölkənin bütün kanalları üçün tezliklərin paylaşdırılması məqsədilə tezliklərin ərazi planı hazırlanır. Bu plan əsasında tədricən rəqəmsal yayıma keçid mümkün olacaq.

Nazirlikdə istifadəçilər üçün rəqəmsal yayımın üstünlüklərinə toxunaraq bildiriblər ki, bu, keyfiyyətli yayımla yanaşı, bir tezlikdə təqribən 10 kanalın yayımlanmasına imkan verir.

Əvvəllər Rabitə Nazirliyi ölkənin Nazirlər Kabinetinə Azərbaycanda rəqəmsal yayıma keçidlə əlaqədar dövlət proqramı təklif edib. Proqram üç mərhələdən ibarətdir. Birinci mərhələ - 2007-2010, ikinci - 2011-2013 və üçüncü 2014-2015-ci illəri əhatə edir.

İlk əvvəl Bakı, Gəncə və Naxçıvanda hər birində dörd kanal olmaqla iki yayım paketi buraxılacaq. Respublikada isə ümumilikdə yalnız bir paket tətbiq ediləcək. Nəticədə əhalinin 60-70 faizi rəqəmsal yayımın əhatə dairəsinə düşəcəklər.

İkinci mərhələdə Bakı, Gəncə və Naxçıvanda rəqəmsal yayımın genişləndirilməsi məqsədilə daha bir əlavə paketin tətbiqi nəzərdə tutulur. Bunun nəticəsində bu şəhərlərdə üç paket, bütün respublika üzrə isə iki paket fəaliyyət göstərəcək. Bundan sonra əvvəlki əhatə dairəsi 60-70 faizdən 90 faizədək artacaq.

Ümumilikdə 2013-cü ilədək üç 12 proqramlıq paketin istifadəyə verilməsi planlaşdırılır. Sonuncu - üçüncü mərhələdə əlavə ötürücülərin quraşdırılması yolu ilə yayım keyfiyyətinin yaxşılaşdırılması, əhalinin 98 faizini əhatə etmək məqsədilə işlərin reallaşdırılması planlaşdırılır.

Nazirlikdə hesab edirlər ki, Azərbaycanda rəqəmsal yayıma keçid arzuolunan və məcburidir. Azərbaycan bu prosesi yubatdığı halda, bu, şübhəsiz ki, ölkədə teleradioyayımın gələcəyinə mənfi təsir göstərəcək. Bundan əlavə, artıq bütün dünyada rəqəmsal yayıma keçid prsesi gedir.

Azərbaycanda ilk dəfə olaraq rəqəmsal yayım sistemi sınaq layihə kimi 2004-cü il oktyabrın 10-da Bakıda tətbiq edilib. Bu gün ölkədəki kanalların təxminən beşi rəqəmsal yayıma keçirilib.

Xəbər lenti

Xəbər lenti