...

Azərbaycanda telefon danışıqlarının trafiki artıb

Telekommunikasiya Materials 21 İyul 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend , müxbir S.Babayeva/ İlk yarımildə Azərbaycana daxil olan beynəlxalq danışıqların trafik həcmi 2007-ci ilin həmin göstəricisi ilə müqayisədə 58,22 mln. dəqiqə artıb, - rabitə və informasiya texnologiyaları nazirliyinin maliyyə, uçot və iqtisadi analiz şöbəsinin rəisiRəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, bu müddət ərzində çıxan trafikin həcmi 14,53 ml. dəqiqə artaraq, 67,69 mln.dəqiqə olub.

Tarif şurasının qərarına əsasən, 2007-ci il iyunun 1-dən Azərbaycandan MDB və Baltikyanı ölkələrə vurulan zənglərin qiyməti 0,45 manatdan 0,36 manatadək, İran, Türkiyə və Pakistana 0,54 manatdan 0,45 manatadək, Avropa ölkələrinə  0,72 manatdan 0,54 manatadək, ABŞ və digər ölkələrə 0,9 manatdan 0,54 manatadək endirilib.

Xəbər lenti

Xəbər lenti