Azərbaycan, Bakı, 02 sentyabr / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" dörd ölkə ilə beynəlxalq MMS - rouminq servisi istifadəyə verib. Şirkətdən verilən məlumata görə, bunlar Cənubi Afrika Respublikasının operatoru "MTN", Litvanın "Bite", İsveçin "H3G" və Danimarkanın "H3G " mobil rabitə şirkətləridir.
" "Azercell" abunəçilərinə məsafə fərqini hiss etdirməmək üçün, 2007-ci ilin aprelində Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib",- deyə şirkətin məlumatında bildirilir.
Bu gün "Azercell" dünyanın 27 ölkəsindən 30 rabitə operatoru ilə MMS - rouminq servisini abunəçilərinin xidmətinə təqdim edir.
Təqribən 3,5 mln. abunəçisi olan Azərbaycanın iri mobil rabitə operatoru indiyədək 63 dövlətin 130 operatoru ilə GPRS/MMS sahəsində müqavilə bağlayıb.