...

Azerfon ilin ən yaxşı şirkəti elan edilib

Telekommunikasiya Materials 6 Oktyabr 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon MMC (Nar Mobile ticarət nişanı)  telekommunikasiya sahəsində ilin ən yaxşı şirkəti elan edilib. Şirkətin məlumatında bildirildiyinə görə, bazar ertəsi "Gülüstan" sarayında "Consulting&Business" jurnalı tərəfindən keçirilən "İlin Şirkəti" Milli mükafatı qaliblərinin elan edilməsi mərasimi keçirilib.

"2008 - ci il ərzində abunəçilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən çoxsaylı unikal həllər, yüksək keyfiyyətli rabitə, həm Azərbaycan daxilində, həm də ölkədən xaricdə  günbəgün artan əhatə dairəsi, bir çox innovasiya xidmətləri sayəsində şirkət Milli mükafata layiq görülüb", - Azerfon-da qeyd edirlər.

Milli mükafatın qaliblərə təqdim edilməsi mərasimində Azerfon MMC - nin baş direktoru cənab Gido Helbix qeyd edib: "Azerfon şirkətinin mobil rabitə bazarında ikinci ili də bizim üçün çox uğurlu oldu. Dinamik inkişafa ən gözəl təkanverici qüvvə məhz inkişaf etmək arzusunun olmasıdır. Şirkətimizin əsas səyləri Azərbaycanda 1- ci olmağa yönəlib. Bizim əsas fərqimiz indiyədək bazarda mövcud olmayan xidmət və həlləri tətbiq etməyimizdədir."

Nar Mobile - nin abunəçilərinin sayı günbəgün artır. Bu gün ölkə ərazisinin əhatə zonası 80 faizə bərabərdir və 650 min abunəçi şirkətin rabitə xidmətlərindən istifadə edir.

Azerfon MMC (Nar Mobile ticarət nişanı)  2005 - ci ilin sonunda Azərbaycan ərazisində mobil rabitə xidmətlərinin göstərilməsinə lisenziya alıb və 2007 - ci il martın 21 - də kommersiya fəaliyyətinə başlayıb.

Xəbər lenti

Xəbər lenti