...

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə MTF/STEFI sistemi üzrə pul köçürmələri tətbiq edəcək

Telekommunikasiya Materials 8 Oktyabr 2008 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazrilyi (RİTN) ilin sonunadək Tacikistan və Özbəkistanla MTF/STEFI (Dünya Poçt İttifaqının beynəlxalq maliyyə sistemi ilə həyata keçirilir) sistemi üzrə poçt vasitəsilə ikitərəfli pul köçürmələrini tətbiq edəcək.

"Artıq neçə vaxtdır ki, bu ölkələrlə danışıqlar aparılır, lakin özbək və tacik tərəfi texniki problemlərə görə, test rejimdə pul köçürmələrinə başlaya bilməyiblər. İndi bu problemlər həll edilib", - deyə RİTN -dan bildiriblər.

Sistem üzrə test rejimdə pul köçürmələri noyabrda, real rejimdə isə, ilin sonunadək başlayacaq.

Perspektivdə Estoniya ilə də eyni xidmətin tətbiqi planlaşdırılır.

Bu gün Azərbaycanda Rusiya, Moldova, Belarus, Ukrayna, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri ilə MTF/STEFI sistemi üzrə pul köçürmələri həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: Capital

Xəbər lenti

Xəbər lenti