...

BakuTel – 2008 - də 100 şirkət iştirak edəcək

Telekommunikasiya Materials 17 Oktyabr 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın "Telekommunikasiya və informasiya texnologiyaları" BakuTel - 2008 XIV beynəlxalq sərgisində 100 yerli və xarici şirkət iştirak edəcək, -- İteca Caspian - ın sərgi üzrə meneceri Rəna Abutalıbova bildirib.

Ekspozisiyanın iştirakçıları arasında - Rusiya, Türkiyə, Ukrayna, Belarus, Sloveniya, İsrail, Çin, Koreya, Fransa, ABŞ-dan telekommunikasiya firmaları və Microsoft, Alcatel-Lucent, İskratel, Huawei, Nokia-Siemens kimi iri şirkətlər var.

"İştirakçıların təxminən 40 faizi Azerfon, BTRİB, Teleradio, Caspel və b. yerli şirkətlərdir", - Abutalıbova bildirib.

Onun sözlərinə görə, sərgi çərçivəsində bir sıra ölkələrin rabitə nazirlərinin sammiti baş tutacaq və onun təşkilati məsələləri ilə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məşğul olur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti