...

Rabitə Nazirliyi Sumqayıtda informasiya cəmiyyətinin inkişafı ilə bağlı seminar keçirib

Telekommunikasiya Materials 4 Dekabr 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çərşənbə günü Sumqayıtda Azərbaycanda informasiya texnologiyalarının tətbiqi ilə bağlı məsələlərin müzakirəsi məqsədi ilə seminar keçirib.

Nazirliyin məlumatında deyilir ki, seminarda eyni zamanda regionlarda informasiya cəmiyyətinin inkişafı, əhali və dövlət orqanları əməkdaşları arasında maarifləndirmə işlərinin aparılması və kompyuter savadsızlığının aradan qaldırılması məsələləri müzakirə olunub.

Görüş Sumqayıtın dövlət orqanlarında çalışan informasiya texnologiyaları üzrə mütəxəssislərin, orta məktəblərin informatika müəllimlərinin, Sumqayıt Dövlət Universitetinin müəllim heyətinin iştirakı ilə keçib.

Nazirlik əməkdaşları və İKT sahəsində aparıcı milli ekspertlər Azərbaycanda formalaşan informasiya cəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət, təhsil sahəsində İKT-nin tətbiqi mövzularında məruzələr ediblər.

Xəbər lenti

Xəbər lenti