...

Azərbaycanda İT təhlükəsizliyi üzrə yeni standartlar qeydiyyatdan keçib

Telekommunikasiya Materials 19 May 2009 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir S.Babayeva /­

ISO/IEC 15408-2008 informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartların ikinci və üçüncü hissəsi əsasında hazırlanmış Azərbaycanın milli standartlar layihəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.

"Standart mayın 18-də qeydiyyata alınıb. Onlara müvafiq olaraq AZS 356.2-2009 və AZS 356.3-2009 nömrələri verilib", - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Yeni standartlar cari ilin iyun ayının 1-dən qüvvəyə minəcək.

ISO/IEC 15408-2008 beynəlxalq standartının birinci hissəsi əsasında işlənmiş AZS 356.1-2009 milli standartı 2009-cu il aprelin 20-dən tətbiq edilir.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) standartlaşdırılması üzrə Texniki Komitə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2008-ci ilin yayında qəbul etdikləri birgə fərman əsasında yaradılıb. Komitənin sədri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadədir.

Komitənin əsas məqsədi İKT sahəsində beynəlxalq və regional standartlara uygun olan milli standartların tətbiqindən və standartlaşdırma üzrə dövlətlərarası işlərdə iştirak etməkdən ibarətdir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti