Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir Q.Vəliyev /
Azərbaycan Vergilər Nazirliyində "vahid pəncərə" vasitəsilə yeni şirkətlər - Platinum Technologies və RS Telekom dövlət qeydiyyatından keçib. Bu barədə idarənin rəsmi saytında deyilir.
Platinum Technologies MMC avqustun 11-də, RS TelekomMMC isə avqustun 7-də 10 manat kapital ilə qeydiyyatdan keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]