Azərbaycanın mobil rabitə operatoru Bakcell-in şəbəkəsində qüsurlar yaranıb

Telekommunikasiya Materials 1 Sentyabr 2009 14:51 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell-in şəbəkəsində qüsurlar yaranıb

Azərbaycan, Bakı, 01 sentybar / Trend , müxbir Q.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru Bakcell abunəçilərinin çərşənbə axşamı texniki nöqsanlar səbəbindən rastlaşdıqları rabitə problemləri davam edir.

"Şirkətdə texniki xarakterli problemlər yaranıb, onlar günün ikinci yarısında aradan qaldırılacaq", - Trend -a şirkətdən bildirilib.

Oxşar nöqsanlar adətən avadanlıq problemləri ilə bağlı olur, məsələn proqram təchizatının yeniləşdirilməsindən sonra yaranır. Nöqsanlar həmçinin bayram vaxtları və kütləvi tədbirlər zamanı abunəçilər eyni zamanda zəng etməyə çalışarkən baş verir. Mobil rabitə şəbəkəsində ən böyük yüklənmə Yeni il və Novruz bayramlarında yaranır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti