...

Azərbaycanda 2010-cu ildə turizm sahəsində geoinformasiya sistemi yaradılacaq

Telekommunikasiya Materials 30 Sentyabr 2009 11:22 (UTC +04:00)
Turizm sahəsində geoinformasiya sistemi 2010-cu ilin ortalarına qədər istismara veriləcək. Bu barədə Trend Capital-a "Sinam" şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov məlumat verib.
Azərbaycanda 2010-cu ildə turizm sahəsində geoinformasiya sistemi yaradılacaq

Azərbaycan, Bakı, 28 sentyabr / Trend , müxbir H.Vəliyev/

Turizm sahəsində geoinformasiya sistemi 2010-cu ilin ortalarına qədər istismara veriləcək. Bu barədə Trend -a "Sinam" şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət tərəfindən turizm obyektlərinin yerləşdirilməsinə dair məlumatların yığılması işləri gedir. Bu məlumatlar öz əksini Azərbaycanın elektron xəritəsində tapacaq. Məlumatlar bazası ilə iş zamanı əməliyyatları birləşdirəcək virtual baza mükəmməl vizualizasiya üstünlükləri ilə yaradılacaq.

Layihədə yerlərin müəyyən edilməsi üzrə qlobal sistem (GPS - Global Position System) istifadə ediləcək. Bütün turizm obyektləri GPS terminalları ilə təchiz ediləcək, bu isə öz növbəsində turizm obyektlərinin koordinatlarını və yerləşməsini dəqiqliklə müəyyən etməyə imkan yaradacaq.

Geoinformasiya layihəsi axtarış sisteminin istifadəçilərinə internet şəbəkəsi vasitəsilə turizm obyektləri barədə daha ətraflı məlumat əldə etməyə imkan yaradacaq. Sistem xüsusi internet portalı üzərində qurulacaq.

Layihənin sifarişçisi qismində Mədəniyyət və Turizm Nazirliyi çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti