...

Türkiyənin PhER Technology şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır

Telekommunikasiya Materials 27 Oktyabr 2009 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir H.Vəliyev/

Türkiyənin PhER Technology şirkəti Azərbaycanda nümayəndəlik açmağı planlaşdırır. Bu barədə şirkətin rəhbəri Fateh Ər Trend -a bildirib.

Ərin sözlərinə görə, şirkət Azərbaycan bazarının proqram təminatını tədqiq edib. Alınan nəticələr bazarın perspektivləri barədə məlumat verir. Bununla əlaqədar olaraq, şirkət rəhbərliyi Azərbaycanda öz ekspansiyasının uğurlu olacağına əmindir.

PhER Technology şirkətinin fəaliyyəti bank və maliyyə sektoruna yönəlib. PhER Technology şirkətinin əsas fəaliyyəti İnternet və Mobil Banking-in elektron həllini tədarük etməkdən ibarətdir.

Şirkət Türkiyə, Kipr və Mərkəzi Asiya bazarlarında iş təcrübəsinə malikdir.

Ərin sözlərinə görə, şirkətin Bakıdakı ofisi 2010-cu ildən fəaliyyətə başlayacaq. Bununla əlaqədar olaraq, dekabrda Bakıya nümayəndə heyətinin gələcəyi gözlənilir. Şirkətin nümayəndələri mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransında şirkət tərəfindən həyata keçirilən layihələr və fəaliyyət haqqında məlumat veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti