Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir H.Vəliyev/
"Microsoft Azərbaycan" şirkəti sertifikat almaq üçün "İkinci şans" təlim proqramının başlanmasını elan edib. Bu barədə şirkətin məlumatında bildirilir. "İkinci şans" proqramı yanvarın 13-də başlayıb və iyunun 30-dək davam edəcək. Proqramın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsində peşəkar biliklərin artırılmasıdır. Əgər namizəd Microsoft-un birinci sertifikasiya imtahanında uğursuz nəticə göstərərsə, "İkinci şans" proqramı namizədə imtahanda pulsuz ikinci cəhd imkanı verir.
Aksiyada iştirak etmək üçün vauçer iyunun 30-dək alınmalıdır. "İkinci şans" proqramı üçün vauçer Microsoft Gold Certified Partner statusuna malik Microsoft sertifikat tərəfdaşlıq şəbəkəsində əldə oluna bilər.
"İkinci Şans" proqramı üzrə Microsoft Learning sertifikasiya imtahanını IT peşəkarlar və akademik imtahanlar üçün də vermək olar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]