...

Nar Mobile sərfəli ünsiyyət üçün unikal Bol-bol SMS paketləri təqdim edir

Telekommunikasiya Materials 25 Fevral 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend /

Yalnız Nar Mobile abunəçiləri öz yaxınları ilə Bol-bol SMS paketlər vasitəsilə üç və hətta bir qəpiyə SMSləşmək imkanı əldə edə bilər. Abunəçilərini durmadan əlverişli aksiyalar və kampaniyalarla sevindirən Nar Mobile indi SMS vasitəsilə yazışmağa üstünlük verənlərə yeni Bol-bol SMS paketlərini təqdim edir.

SMS-ləri həm Nar Mobile şəbəkəsi daxilində, həm də ölkə daxilində istənilən istiqamətdə göndərmək olar.

SMS paketlər iki cürdür: 30 SMS və 300 SMS. Abunəçi ona uyğun olan paketi sifariş etmək üçün "3" ("30 SMS" paketinin sifarişi) və ya "1" ("300 SMS" paketinin sifarişi) mətnini yazıb 797 nömrəsinə göndərə bilər.

"30 SMS" paketinin qiyməti 0.90 AZN, "300 SMS" paketinin qiyməti isə 3 AZN təşkil edir. Bol-bol SMS paketlərinin istifadə müddəti 30 gün təşkil edir.

Ətraflı məlumat almaq üçün Müştəri Xidmətləri Mərkəzinə, 777 və (99412) 444 0 777 zəng etmək və yaxud www.NarMobile.az saytına daxil olmaq olar.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi yaradılıb.

Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80 faiz regionunu əhatə edir. Hazırda Azerfon şəbəkəsindən 1 600 000-dən çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. Azerfon MMC ölkədə SG texnologiyaları xidməti göstərmək üçün 2 dekabr 2009-cu il tarixdə lisenziya alıb. Azərbaycanın dinamik inkişaf edən mobil operatoru ölkədə birinci ilk dəfə SG xidmətləri tətbiq edib və yeni Azerfon-Vodafone brendi buraxıb.

www.NarMobile.az saytına daxil olaraq əlavə məlumat əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti