...

Azərbaycanın dövlət rabitə operatoru regional telefon şəbəkəsinin nömrə tutumunu genişləndirib

Telekommunikasiya Materials 3 Sentyabr 2010 13:23 (UTC +04:00)

Аzərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi ümumi istifadəsi 2688 ədəd olan regional telefon şəbəkəsinin nömrə tutumunu genişləndirib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Yeni nömrə tutumları Astara, İmişli, Göyçay, İsmayıllı və Ağstafa rayonlarının telekommunikasiya qovşaqlarında istismara verilib.

Nazirliyin məlumatına əsasən, elektron ATS-lərin xüsusi çəkisi regional səviyyədə 95 faizi keçib. Hər 100 nəfərə düşən telefonların sayı regionlar üzrə 10,7 ədəd təşkil edir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən regional telekommunikasiya qovşaqlarının yenidən qurulmasına 6,94 milyon manat investisiya qoyulub.

Həmçinin, yuxarıda göstərilən telekommunikasiya qovşaqlarının operatoru tərəfindən genişzolaqlı çıxış üçün 330 ədəd telekommunikasiya avadanlıqları quraşdırılıb. Bu gün Aztelekom şəbəkəsində genişzolaqlı portaların sayı 5,6 min ədədə çatıb ki, onların 2,9 ədədi fəaliyyət göstərir. Respublikanın 51 şəhərində AztelekomNet dövlət provayderinin genişzolaqlı internet xidmətləri göstərilir.

Xəbər lenti

Xəbər lenti