...

Azərbaycan Maliyyə Nazirliyi kompüter avadanlığı və proqram təminatının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 13 Noyabr 2010 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Maliyyə Nazirliyi şəbəkə, server, kompüter avadanlığı və lizenziya proqram təminatının alınması üzrə tender elan edib. Bu barədə nazirliyin tender komissiyasından məlumat verilib.

Avadanlıqların çatdırılması həm nazirlikdə, həm də dövlət xəzinə agentliklərində həyata keçiriləcək.

Tender üç lot üzrə keçirilir.

Birinci lot: daxili kommunikasiya sistemi və nazirliyin mərkəzi aparatının rəqəmsal ATS üçün server kompüter avadanlığı və proqram təminatının alınması.

İkinci lot: nazirliyin mərkəzi aparatında elektron sənəd mübadiləsi sisteminin tətbiqi ilə bağlı server avadanlığı və proqram təminatının alınması.

Üçüncü lot: server, şəbəkə avadanlığı və ehtiyat hissələri, həmçinin, SAP R/3 bazasında yaradılmış xəzinə idarə informasiya sistemi ilə avtomatlaşdırılmış texniki xidmət.

Birinci lotda iştirakın dəyəri 300, ikincidə 200 və üçüncüdə 100 manat təşkil edir.

İştirakçıların tender təklifləri dekabrın 27-si saat 10:00-dək nazirlikdə qəbul olunur. Tender proseduru dekabrın 28-i saat 11:00-da təşkil olunacaq.

Əlavə məlumatı 18 noyabrdan 27 dekabra qədər 404-47-06 telefonları ilə almaq olar.

Xəbər lenti

Xəbər lenti