...

Mobil rabitə Azərbaycanın İKT sektorunda qabaqcıl mövqelərdədir – nazir müavini

Telekommunikasiya Materials 25 Noyabr 2010 14:57 (UTC +04:00)
Azərbaycanda mobil rabitə sektorunun sürətli inkişafı bu sektorun telekommunikasiya bazarını tənzimləyən hüquqi bazanın olmasını tələb edir. Bu barədə cümə axşamı Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Bakıda keçirilən "Mobil rabitə və sosial inkişaf" TeliaSonera Avrasiya konfransında deyib.
Mobil rabitə Azərbaycanın İKT sektorunda qabaqcıl mövqelərdədir – nazir müavini

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mobil rabitə sektorunun sürətli inkişafı bu sektorun telekommunikasiya bazarını tənzimləyən hüquqi bazanın olmasını tələb edir. Bu barədə cümə axşamı Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Bakıda keçirilən "Mobil rabitə və sosial inkişaf" TeliaSonera Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, bununla əlaqədar ölkədə xeyli iş görülüb. Azərbaycanda bir sıra problemləri həll etməyə imkan verən telekommunikasiya haqqında qanun qəbul edilib.

"Azərbaycanın mobil rabitə bazarında işləyən mobil operatorlar müəyyən problemlərlə qarşılaşırdılar. Hüquqi bazanın olması problemlərin çoxunu aradan qaldırmağa imkan verdi. Düzgün tənzimləmə sahənin daha çevik artım tempi üçün imkan yaradır", - Məmmədov qeyd edib.

Mobil rabitə sahəsinin tənzimlənməsinə gəldikdə, nazir müavininin sözlərinə görə, bu, normativlərin hazırlanmasını və dünya praktikasının öyrənilməsini tələb edən mürəkkəb prosesdir.

"Respublika rəhbərliyi informasiya-kommunikasiya texnologiyaları sektoruna böyük diqqət yetirir. Bu sektor gəlirnə görə iqtisadiyyatda neft sektorundan sonra ikinci sektordur. Həyata keçirilən layihələrə əsaslanaraq, gələcək inkişafa daha böyük ümidlərimiz var", - Məmmədov deyib.

"Bu gün Azərbaycanda "Elektron Azərbaycan" Dövlət Proqramının ikinci mərhələsi həyata keçirilir. Onun hər fəslinin yerinə yetirilməsi telekommunikasiya sahəsinin inkişafı üçün bütün ölkədə şərait yaradacaq real layihələrdən ibarətdir. Mobil rabitə bu proqramda qabaqcıl mövqelərdədir",- nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti