...

Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsi investorlar üçün güzəştli şərtlər nəzərdə tutur - nazir müavini

Telekommunikasiya Materials 3 Mart 2011 15:20 (UTC +04:00)
Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsində investorlar üçün bir sıra üstünlüklər nəzərdə tutulub.
Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsi investorlar üçün güzəştli şərtlər nəzərdə tutur - nazir müavini

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda regional innovasiya zonasının yaradılması layihəsində investorlar üçün bir sıra üstünlüklər nəzərdə tutulub. Onların sırasında gömrük prosedurlarının sadələşdirilməsi, ƏDV və gömrük rüsumlarından azad edilmə, azad vergiqoymanın tətbiqi, ixracın stimullaşdırılması üçün güzəştli kreditlərin verilməsi və s. var. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "The Azerbaijan Investors Summit 2011"-də Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

"Bu zonanın yaradılması ölkə iqtisadiyyatında informasiya kommunikasiya texnologiyaları sektorundan gəlirlərin ümumi həcmini artıracaq, sahəyə potensial investorları cəlb edəcək, elektrik avadanlığının istehsal prosesində yeni iş yerlərini yaratmağa imkan verəcək, ölkəyə müasir texnologiyaların idxalını artıracaq və Azərbaycanın ixrac potensialını artıracaq", - Vəlizadə bildirib.

Bundan əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun dediyinə görə, ilkin tədqiqatlara əsasən, Azərbaycanda regional innovasiya zonalarının yaradılması layihəsinin uğurlu həyata keçəcəyi təqdirdə, artıq 2022-ci ildə İKT sektorunun gəlirləri neft sektorunun gəlirlərini ötərək, gələcəkdə ölkə iqtisadiyyatının inkişafının lokomotivi olacaq.

Azərbaycanda RİZ yaradılması İT sənayesinin inkişafının prioritet istiqamətləri qismində müəyən olunub. Bu gün Azərbaycanda RİZ yaradılmasına dair təklif hökumətin müzakirəsindədir. Hazırda müzakirə olunan mühüm məsələlərdən biri vergilərin, sosial və gömrük rüsumlarının azaldılması və bəzi hallarda sıfıra endirilməsi məsələsidir. Bu məsələlərin müsbət həlli xarici şirkətlərin, investorların cəlb edilməsi, yerli şirkətlərin möhkəmləndirilməsi və RİZ-də istehsal olunan məhsulun ixracı üçün münasib şərait yaradacaq.

RİZ-in yaradılması layihəsində onların həyata keçirilməsində müsbət rol oynayacaq beş əsas istiqamət yer alıb. Bu informasiya resursları üçün DATA mərkəzin yaradılması və informasiya xidmətlərinin göstərilməsi, insani resursların, orta və kiçik sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və ölkənin ixrac potensialının inkişafıdır.

Xəbər lenti

Xəbər lenti