Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC öz şəbəkə abonentlərinə balansın artırılması üçün yeni üsul təqdim edib. Bu barədə şənbə günü şirkətdən Trend-ə verilən məlumatda deyilir.
Yeni ödəniş üsulu abunəçilərə balanslarını istənilən məbləğdə artırmağa imkan verir.
Bakcell abunəçiləri balanslarını istənilən məbləğdə, məsələn, 2.36 manat artıra bilərlər.
Bunun üçün sadəcə Bakcell Xidmət mərkəzlərinə və ya aşağıda sadalanan Bakcell Diler dükanlarından birinə baş çəkib, balansa yükləniləcək məbləği bildirmək kifayətdir.
Yüklənilən məbləğdən asılı olaraq, abunəçi 1 manat yükləndiyi halda 450+50 kontur alacaq, və ya 1.10 manat yükləndiyi halda 550 kontur əldə edəcək.
Danışıq balansını artırmaq üçün diler mərkəzləri aşağıdakı ünvanlarda yerləşir: R.Rüstəmov küç., 29, Bül-Bül prospekti, 24, Bül-Bül pr., 25, Təbriz küç., 89, Firudin Ağayev küç., 14, Atatürk pr., 1, Heydər Əliyev küç., 1, Azadlıq pr., 17, Azadlıq pr., 18 və Qara Qarayev küç,. 74.