...

Azərbaycanda Cinayət Məcəlləsinə kibercinayətkarlıqla bağlı əlavələr edilməsi planlaşdırılır

Telekommunikasiya Materials 4 May 2011 14:10 (UTC +04:00)
Azərbaycanda Cinayət Məcəlləsinə "Kibercinayətkarlıq haqqında" Konvensiyaya uyğun əlavələr hazırlanıb və Milli Məclisə təqdim olunub.
Azərbaycanda Cinayət Məcəlləsinə kibercinayətkarlıqla bağlı əlavələr edilməsi planlaşdırılır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 may /Trend/

Azərbaycanda Cinayət Məcəlləsinə "Kibercinayətkarlıq haqqında" Konvensiyaya uyğun əlavələr hazırlanıb və Milli Məclisə təqdim olunub. Bu barədə çərşənbə günü Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri Kərim Kərimov "Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxış" mövzusunda keçirilən "dəyirmi masa"da bildirib.

Tədbir Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Rumıniyanın Azərbaycandakı səfirliyi (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) tərəfindən təşkil edilib.

Kərimovun sözlərinə görə, Cinayət Məcəlləsinə əlavələrin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir. Əlavələrdə beynəlxalq təcrübə, eləcə də Konvensiyanın tələbləri əks olunub.

"Virtual məkanda kibercinayətkarlıq transmilli xarakter daşıyır. Kibercinayətlərin araşdırılmasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumat və rəylərinə əsaslanırıq", - Kərimov deyib.

O, bildirib ki, təəssüf ki, internet mühitində kibercinayətlərin izlərinin gizlədilməsi üçün müvafiq şərait mövcuddur.

Kərimovun sözlərinə görə, belə cinayətlərin sayı ildə onlarladır. Cinayətlər əsasən informasiyaların məhv edilməsi və ya internet resurslara ziyan vurulması ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti