...

Kosmik sənayenin yaradılmasında və e-hökumətin qurulmasında İsrailin təcrübəsindən istifadə oluna bilər - Rabitə Nazirliyi

Telekommunikasiya Materials 16 May 2011 14:27 (UTC +04:00)
Azərbaycan ilə İsrail arasında kosmik sənaye və "Elektron hökumət" sahəsində əməkdaşlıqda böyük perspektivlər mövcuddur.
Kosmik sənayenin yaradılmasında və e-hökumətin qurulmasında İsrailin təcrübəsindən istifadə oluna bilər - Rabitə Nazirliyi

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan ilə İsrail arasında kosmik sənaye və "Elektron hökumət" sahəsində əməkdaşlıqda böyük perspektivlər mövcuddur. Bunu bazar ertəsi rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov israilli həmkarı Eden Bar Tal ilə görüşündə deyib. Bu barədə Trend-ə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Məmmədov İsrailin nümayəndə heyətinə bu sahədə həyata keçirilən layihələrdən danışıb, ikitərəfli əməkdaşlığın perspektivlərinə əminliyini ifadə edib, İsrail şirkətlərinin böyük təcrübəsini qeyd edib.

Nazirlikdə təşkil olunan forumda informasiya-kommunikasiya texnologiyaları sahəsində münasibətlərin inkişafında maraqlı olan təxminən 20 biznes-strukturun nümayəndələri iştirak edib.

Bar Talın sözlərinə görə, görüşün yekunları üzrə imzalanacaq saziş iki ölkənin dövlərlərarası əlaqələrini daha da möhkəmləndirəcək, gələcək əməkdaşlıq üçün daha əlverişli zəmin yaradacaq.

Forum çərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında fikir mübadiləsi aparılıb. Danışıqlar yaxın günlər ərzində davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti