...

Azərbaycanda mobil telefonlar bazarı 17,9 faiz artıb

Telekommunikasiya Materials 13 Avqust 2011 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir H.Vəliyev/

İlin birinci yarısının yekunlarına görə, Azərbaycana 4 milyon dollardan çox məbləğdə 64,6 min ədəddən çox mobil telefon idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin anoloji göstəricisi ilə müqayisədə mobil telefonların idxal həcmi 19,9 faiz, pul vahidində 25,1 faiz artıb.

Orta hesabla ölkəyə hər ay təxminən 10 min mobil telefon gətirilir. Mobil telefonlar bazarının pul vahidində aylıq həcmi təxminən 650 min manat və daha artıq təşkil edir.

Xəbər lenti

Xəbər lenti