...

Azərbaycanın poçt operatoru yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin qəbuluna başlayıb

Telekommunikasiya Materials 15 Avqust 2011 16:36 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru - "Azərpoçt" MMC poçt rabitəsi şöbələrində yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin qəbuluna başlayıb.
Azərbaycanın poçt operatoru yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin qəbuluna başlayıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru - "Azərpoçt" MMC poçt rabitəsi şöbələrində yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin qəbuluna başlayıb. Bu barədə Trend-ə bazar ertəsi MMC-nin baş direktorunun müavini Sübhan Kazımov deyib.

Kazımovun sözlərinə görə, bu, Azərbaycan Mərkəzi Bankının kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş sistemi sayəsində mümkün olub.

Cərimə ödənilərkən sistemə sürücülük vəsiqəsinin seriyası və nömrəsi daxil edilir.

Bundan başqa, sürücülük vəsiqəsi olmayan şəxslərin də cərimələri ödəmək imkanı nəzərdə tutulur. Bunun üçün poçt rabitəsi şöbəsinə inzibati pozuntunun protokolunun nömrəsini təqdim etmək kifayətdir.

"Azərpoçt" maliyyə bazarının iştirakçısı olmaqla bank bazarının oyunçuları ilə ciddi rəqabət aparır. Hazırda Azərbaycanın bank bazarında 44 bank fəaliyyət göstərir. Onların filiallarının ümumi sayı 700 ədədə çatır, halbuki "Azərpoçt"un poçt şöbələrinin sayı 1600 ədəddir.

Xəbər lenti

Xəbər lenti