...

Azərbaycan Rabitə Nazirliyi əhali üçün elektron xidmətlər siyahısını müəyyənləşdirib

Telekommunikasiya Materials 19 Avqust 2011 17:58 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstəriləcək elektron xidmətlərin siyahısını müəyyənləşdirib.
Azərbaycan Rabitə Nazirliyi əhali üçün elektron xidmətlər siyahısını müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhaliyə göstəriləcək elektron xidmətlərin siyahısını müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Elektron xidmətlərin göstərilməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə Qaydaların və nümunəvi inzibati reqlamentin işlənilməsi həyata keçirilib. Yekun sənəd artıq Nazirlər Kabinetinə təqdim edilib.

Məsələyə bu gün nazirlikdə keçirilən kollegiya iclasında baxılıb. İclas çərçivəsində elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün infrastrukturun hazırlığı, "Elektron hökumət" portalının yaradılması, dövlət orqanları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün işlərin aparıldığı qeyd edilib.

Bundan başqa, artıq 8 dövlət orqanının "Elektron hökumət" portalına qoşulması üzrə tədbirlərin həyata keçirildiyi qeyd olunub.

Bu istiqamətdə iş "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 23.05.2011-ci il tarixli fərmanınına uyğun həyata keçirilir.

Prezident Nazirlər Kabinetinə iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etməyi tapşırıb.

Mərkəzi icra hakimiyyəti orqanları üç ay müddətində elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirməlidirlər:

- elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;
- elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi.

Prezident tərəfindən Rabitə Nazirliyinə 3 ay müddətinə elektrin imzanın verilməsi, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi, "Elektron hökumət" portalını yaratmaq işini təmin etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti