...

Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internet portlarının sayını artırır

Telekommunikasiya Materials 1 Sentyabr 2011 12:30 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi genişzolaqlı İnternet portlarının sayını 25 min ədədək artırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİTN-dən məlumat verilib.
Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internet portlarının sayını artırır

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir, H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi genişzolaqlı İnternet portlarının sayını 25 min ədədək artırır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı RİTN-dən məlumat verilib.

Nazirliyin məlumatına görə, DSLAM avadanlıqlarının quraşdırılması üzrə işlər yaxın vaxtlarda başa çatacaq ki, bu da operatora 20 rayon mərkəzində və 143 kənddə genişzolaqlı internet xidmətlərinin göstərilməsini genişləndirmək imkanı verəcək.

Məlumata görə, bu gün dövlət servis-provayderin genişzolaqlı internetinin montaj tutumu 21 min ədəd təşkil edir ki, bunun 12,6 min ədəddən çoxu internetə qoşulub.

Ümumilikdə, "Aztelekom" 2013-cü ilin sonunadək şəbəkəsinə genişzolaqlı qoşulmaların səviyyəsini 30 faizə çatdıracaq.
Bu istiqamətdə işlərə artıq başlanılıb və bu işlər operatorun strategiyasına uyğun həyata keçirilir. Həmin strategiya genişzolaqlı çıxış portlarının sayının artırılması üçün zəruri telekommunikasiya avadanlıqlarının quraşdırılmasını nəzərdə tutur.

Hazırda operatorun genişzolaqlı şəbəkəsi bütün rayon mərkəzlərini əhatə edir. "Aztelekom"dan Trend-ə bildirildiyi kimi, ilin sonunadək şəbəkə bütün iri yaşayış məntəqələrini və qəsəbələri əhatə edəcək. "Aztelekom"un strategiyasına görə, 2012-ci ildə bütün respublika ərazisi genişzolaqlı rabitə şəbəkəsi ilə əhatə olunacaq, 2013-cü ildən isə istifadəçilərin sayının artırılması və xidmət dairəsinin genişləndirilməsi üzrə genişmiqyaslı işlər görüləcək.

RİTN-in statistikasına görə, Azərbaycanda genişzolaqlı internetin yayılma səviyyəsi 30 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti