Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir H.Vəliyev/
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Yayıma nəzarət şöbəsi tərəfindən 2011-ci ilin yekunları üzrə 1174 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DRİ-nin məlumatında deyilir.
DRİ ötən dövr ərzində 892 obyekt və təşkilata texniki baxış keçirib.
Qeydiyyatdan keçməyən radioelektron vasitələrin ümumi sayından 457 ədədi qeydiyyata salınıb, 400 ədədi möhürlənib, 40 ədədinin istifadəsi dayandırılıb, 277 ədədinin qeydiyyata salınması prosesi davam edir.
Qeydiyyatdan keçməyən radioelektron vasitələrin istifadəçilərinə qarşı 96 protokol tərtib edilib və müvafiq hüquqi tədbirlər həyata keçirilib.