...

Azercell "Portal 111" xidmətini istifadəyə verdi

Telekommunikasiya Materials 2 Mart 2012 10:13 (UTC +04:00)
Hər zaman abunəçilərin rahatlığını düşünən Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət abunəçiləri üçün yeni "Portal 111" xidmətini istifadəyə verib.
Azercell "Portal 111" xidmətini istifadəyə verdi

Azərbaycan, Bakı, 2 mart /Trend/

Hər zaman abunəçilərin rahatlığını düşünən Azercell Telekom bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət abunəçiləri üçün yeni "Portal 111" xidmətini istifadəyə verib. Bu xidmət sayəsində Azercell abunəçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq Portal 111-ə pulsuz daxil olub, müxtəlif Azercell xidmətlərindən istifadə edə bilərlər.

Portal 111-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm Fakturalı, həm də SimSim xətt abunəçiləri Portal 111-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər. Məlumat üçün bildirək ki, Portal 111 komandasının köməkliyi ilə SimSim xətt abunəçiləri Simkredit, Günlük Gizlətcell, Rominq xidməti, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən istifadə edə biləcəklər. Eyni zamanda Azercell Fakturalı xətt abunəçiləri də, Günlük Gizlətcell, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər. Beləliklə siz artıq heç bir açar sözü və ya qısa nömrə yadda saxlamadan Azercell xidmətlərini Portal 111-də sifariş edib faydalana bilərsiniz.

Xatırladaq ki, Azercell Telekom Azərbaycanda ilk dəfə olaraq Online müştəri xidmətlərini və eyni zamanda Facebook sosial şəbəkəsindən istifadə edən abunəçiləri üçün xüsusi müştəri proqramını istifadəyə verib.

Xəbər lenti

Xəbər lenti