...

"Nar Mobile" Bakı Metropolitenində əhatə zonasını genişləndirir

Telekommunikasiya Materials 3 Aprel 2012 14:41 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC mayda Bakı Metropoliteninin bütün stansiyalarının xidmətlərlə əhatə olunması üzrə işləri başa çatdıracaq.
"Nar Mobile" Bakı Metropolitenində əhatə zonasını genişləndirir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC mayda Bakı Metropoliteninin bütün stansiyalarının xidmətlərlə əhatə olunması üzrə işləri başa çatdıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Nar Mobile"ın biznes və kommunikasiyanın inkişafı üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

"Bu gün operatorun xidmətlərinə çıxış (2G və 3G) "28 May", "Sahil", "İçəri Şəhər", "Azadlıq", "Nəsimi" və "Dərnəgül" stansiyalarında var" , - Nəsrullayeva vurğulayıb.

Bakı Metropoliteni ictimai nəqliyyatın ən çox istifadə edilən növlərindən biridir, buna görə də operator yeraltı nəqliyyatda 3G xidmətlərinin tətbiqi, internet resurlara baxmaq, poçt və sosial şəbəkələrindən istifadə etmək, habelə iri kontenti yükləmək imkanlarını genişləndirir.

"Azerfon"un məlumatlarına əsasən, 3G-nin xidmətlərindən daimi olaraq "Nar Mobile"ın 400 mindən çox abunəçisi istifadə edir. "Nar Mobile"ın 3G şəbəkəsində məlumatların ötürülmə sürəti 14,4 Mbit/saniyəyə çatır.

"Nar Mobile" şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə 85 milyon dollar investisiya qoyulub.

Xəbər lenti

Xəbər lenti