...

Azercell "Eurovision 2012" müsabiqəsinə bilet əldə etmək şansı verəcək

Telekommunikasiya Materials 10 Aprel 2012 18:29 (UTC +04:00)
"Azercell Telekom" MMC yeni kampaniyaya start verir.
Azercell "Eurovision 2012" müsabiqəsinə bilet əldə etmək şansı verəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"Azercell Telekom" MMC yeni kampaniyaya start verir.

Şirkətdən Trend-ə verilən məlumata görə, aprelin 10-dan start götürən "Şanslı billet" adlı kampaniya ilə 3GMax USB modemini alan abunəçilər stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanacaqlar. 10 aprel 2012-ci il tarixindən etibarən 3GMAX USB modem cihazını cəmi 29 manat ödəməklə əldə etmək mümkündür.

Lotereyaya qoşulmaq üçün abunəçilər 10.04.2012 - 21.05.2012 tarixləri arasında hər hansı digər "Azercell" nömrəsi vasitəsilə öz data kart nömrəsini qısa mesaj vasitəsilə 8222 nömrəsinə göndərməlidirlər (8222 nöməsinə göndərilən SMS ödənişsizdir). "Şanslı billet" adlı kampaniya 296 00 00-297 99 99 və 294 00 00 - 294 89 99 data kart nömrələrini əhatə edir.

Lotereyanın qaliblərini müəyyən etmək məqsədi ilə "Azercell" tərəfindən 3 tiraj təşkil olunacaq (24 aprel, 8 may və 22 may tarixlərində). Keçirilən tirajlarda 26.05.2012 tarixində "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin final konsertinə 400 bilet oynanılacaq.

Qeyd edək ki, hər nömrə lotereyada bir dəfə iştirak edə bilər. Bundan əlavə, kampaniya çərçivəsində alınmış 3GMAX USB modemlərinə hədiyyə olaraq cari və növbəti faktura dövrü ərzində hər faktura dövrü üçün 1 GB pulsuz mobil internet trafiki verilir. Əlavə hər 1 MB üçün abunəçi 0,02 manat (ƏDV daxil) ödəyir.

Xəbər lenti

Xəbər lenti