...

Azərbaycanda pirat məhsulların göstəricilərinin xeyli azalması gözlənilir

Telekommunikasiya Materials 23 Aprel 2012 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir H.Vəliyev/

Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi virtual aləmdə əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətə nəzarət edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib.

Onun sözlərinə görə, hazırda .az domenində qeydiyyata alınan internet-resurslara nəzarət etməyə (lisenziya vermək) və onların monitorinqini keçirməyə imkan verəcək sistemin hazırlanması üzrə işlər aparılır.

"Müəllif işlərinin qeydiyyata alınması ilə bağlı ildə orta hesabla agentliyə təqribən 700-800 əsər, elmi iş, proqram təminatı, musiqi və s. görə müraciət edirlər. Biz bütün müəlliflərə öz işlərini qeydiyyata almağı tövsiyə edirik. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, belə qeydiyyat sistemi tətbiq edilib. Onun əsas aspekti odur ki, müəlliflərin hüquqları bilavasitə onlara məxusdur və bu hüquqların pozulması zamanı onlar məhkəmə instansiyalarına müraciət edə bilərlər. Onlar agentlikdə öz işlərini qeydiyyata almaqla bizim məhkəmədə müəllifin maraqlarını müdafiə edə bilməyimiz üçün bütün zəruri hüquqları təqdim etmiş olurlar", - İmanov qeyd edib.

Pirat məhsulların həcmi məsələsinə toxunan İmanov bildirib ki, agentlik antipirat proqramını reallaşdırmaqla bu göstəricini aşağı salmağa müvəffəq olub.

Onun sözlərinə görə, Azərbaycan son illər ərzində pirat məhsullar göstəricisini kitab nəşri sahəsində 60-dan 40 faizə, audio-video məhsullar üzrə (CD/DVD məhsulları) 90-dan 67 faizə, proqram təminatı bazarı üzrə isə 88 faizədək azaltmağa nail olub.

"Ümid edirəm ki, son göstərici üzrə daha çox azalma olacaq. Belə ki, Azərbaycan "Microsoft" ilə birgə bütün dövlət orqanlarının artıq lisenziyalaşdırılmış proqram təminatına keçməsi üçün sazişi reallaşdırır", - İmanov deyib.

"Əqli mülkiyyətin qorunması və piratçılıqla mübarizə haqqında" qanunun qəbul edilməsindən sonra piratçılığın səviyyəsi 14-15 faizədək azaldılacaq", - agentliyin direktoru vurğulayıb.

Xəbər lenti

Xəbər lenti