...

Bakcell-dən CİNeration məzunlarına müjdə!

Telekommunikasiya Materials 22 İyun 2012 17:29 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.
Bakcell-dən CİNeration məzunlarına müjdə!

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CİNeration yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim edir.

Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in doğrudan da İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirəcək. Buraxılış gecəsinə ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunları öz məktəbləri tərəfindən dəvət olunacaqlar. Seçilmiş məzunlar "Bakcell" şirkəti və Təhsil İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olunacaqlar.

Məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında gənclər tərəfindən sevilən xarici müğənnilərdən Cəza (Türkiyə), Nyuşa (Rusiya), Dan Balan, eləcə də yerli müğnnilərdən Miri Yusif, Safura, Uran, DJ Shock və meyxana ustaları Pərviz Bülbülə, Rəşad Dağlı və Vüqar Biləcəri öz ifaları ilə gənclərimizin zövqlərini oxşayacaqlar.

Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə etmək olar: www.bakcell.com; www.facebook.com/bakcell

Xəbər lenti

Xəbər lenti