...

Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internetin inkişafı layihəsini hazırlayıb

Telekommunikasiya Materials 18 Oktyabr 2012 18:01 (UTC +04:00)
Regionlarda telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin (İB) telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanıb.
Azərbaycanın dövlət rabitə operatoru genişzolaqlı internetin inkişafı layihəsini hazırlayıb

Azərbaycan, Bakı, 18 oktyabr/Trend, müxbir H. Vəliyev/

Regionlarda telekommunikasiya qovşaqlarının xidmət ərazilərində informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə "Aztelekom" İstehsalat Birliyinin (İB) telefon şəbəkəsində EATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellərlə təşkili, şəbəkənin genişləndirilməsi və yenidən qurulması layihəsi işlənib hazırlanıb.

"Aztelekom"dan Trend-ə verilən məlumata görə, bu layihə çərçivəsində 7 internet-provayderlə də birgə əməkdaşlıq müqavilələri bağlanılıb və icrasına başlanılıb. Ötən müddət ərzində bağlanmış müqavilələr əsasında internet-provayderlər tərəfindən 17 TKQ-yə ümumilikdə 570 km optik kabel ayrılıb, 514 km kabelin çəkilişi isə artıq başa çatdırılıb.

Bundan əlavə, müqavilələrin əhatə etdiyi ərazi üzrə 17 TKQ-dən 12-nin bütün kənd EATS-nin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib. Ümumilikdə bu layihə çərçivəsində 1700 km-dən artıq fiber-optik kabel xətlərinin çəkilişi başa çatdırılıb və montaj işlərinə başlanılıb, həmçinin, 23 TKQ-də bütün kənd EATS-lərinin birləşdirici xətləri fiber-optik kabellərlə əvəz edilib.

Birinci layihənin davamı olaraq "2013-2015-ci illərdə Birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı xidmətlərin inkişafı layihəsi" işlənib hazırlanıb və müvafiq proqramlarda nəzərə alınması üçün təqdim edilib.

Abşeron rayonunda telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, rayonun Masazır qəsəbəsində yeni salınmış "Qurtuluş-93" yaşayış massivində GPON (evə qədər fiber-optik kabel) pilot layihəsi çərçivəsində 12 beşmərtəbəli binada kabelləşmə (fiber-optik kabellərlə) işləri aparılıb.

Eyni zamanda, Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2012-ci ilin əvvəli ilə müqayisədə 51 min istifadəçi və ya 2 dəfə (100%) artaraq 102 mini keçib. Sentyabr ayında genişzolaqlı internet xidmətlərinin aylıq həcmi 75% artıb, hazırda genişzolaqlı xidmətlərin ümumi gəlirdə payı 18,5% təşkil edir. Müqayisə üçün, ötən ilin müvafiq dövründə bu göstərici 8,7% olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti