...

Azərbaycanda ən sürətli mobil interneti "Azercell" təqdim edir

Telekommunikasiya Materials 5 Noyabr 2012 18:22 (UTC +04:00)
ABŞ-ın "Ookla" şirkəti dünyanın müxtəlif ölkələrində internetin real sürətini ölçüb. Azərbaycan üzrə nəticələrə görə, "Azercell Telekom" MMC-nin təqdim etdiyi internetin sürəti mobil operatorlar arasında birinci yerə çıxıb, Azərbaycan üzrə internet təqdim edən bütün digər şirkətlər arasında isə 3-cü yeri tutub.
Azərbaycanda ən sürətli mobil interneti "Azercell" təqdim edir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

ABŞ-ın "Ookla" şirkəti dünyanın müxtəlif ölkələrində internetin real sürətini ölçüb. Azərbaycan üzrə nəticələrə görə, "Azercell Telekom" MMC-nin təqdim etdiyi internetin sürəti mobil operatorlar arasında birinci yerə çıxıb, Azərbaycan üzrə internet təqdim edən bütün digər şirkətlər arasında isə 3-cü yeri tutub.

MMC-dən Trend-ə verilən məlumata görə, araşdırmanın nəticələrinə əsasən, Azercell-in təqdim etdiyi mobil internetin orta sürəti saniyədə 5.12 Mbit-dir. Bu isə ölkə üzrə üçüncü göstərici deməkdir. Beləliklə, Azercell-in təqdim etdiyi mobil internetin orta sürəti Azərbaycanda hətta genişzolaqlı internetin orta sürətindən də yüksəkdir.

Qeyd edək ki, ümumiyyətlə, dünyada mobil internetin orta sürəti saniyədə 4,6 Mbit-dir.

"Ookla" şirkəti 5 oktyabr-3 noyabr 2012-ci il tarixləri aralığında aparılan araşdırmanın nəticəsinə uyğun olaraq ölkələr üzrə hesabatı dərc edib. Azərbaycandan 300 minə yaxın unikal IP adres testdən keçirilib. Ümumilikdə ölkə üzrə 2 milyon yarıma yaxın sınaq testləri aparılıb.

"Ookla" genişzolaqlı internetə çıxışın sınaqları sahəsində dünya lideri sayılır. "Ookla"nın təqdim etdiyi məhsullar dünyadakı internet provayderlərinin demək olar hamısı tərəfindən istifadə olunur. Hazırda AT&T, BBC, Cisco, Reuters, Time Warner, Vodafone və Vonage kimi şirkətlər bu qurumun xidmətlərindən yararlanır.

"Azercell" indi həm telefondan, həm də müxtəlif cihazlardan internetə sürətli çıxışı təmin edir. "Azercell" Azərbaycanda, eləcə də MDB ölkələri arasında ilk dəfə olaraq 4G texnologiyasını müştərilərə təqdim edir. Şirkət ildən-ilə internetə qoşulma xidmətini daha da təkmilləşdirir, daha sərfəli qiymətə daha yüksək sürətli internetə çıxış imkanları yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti