...

Azercell yeni limitsiz internet paketləri təqdim edir

Telekommunikasiya Materials 18 Dekabr 2012 18:11 (UTC +04:00)

Azərbaycanda ən sürətli mobil interneti təqdim edən Azercell şirkəti 17 dekabr 2012-ci il tarixindən etibarən bütün abunəçiləri üçün Limitsiz İnternet paketlərini istifadəyə verib. Artıq Fakturalı və Fakturasız Xətt abunəçiləri "1 saat", "3 saat" və "Həftəsonu" tarif paketlərindən yararlana bilərlər. Adlarından göründüyü kimi, bu tarifləri sifariş etməklə 1 saat, 3 saat, həmçinin şənbə və bazar günləri internetdən limitsiz istifadə etmək mümkündür.

İstənilən Limitsiz İnternet paketini sifariş etmək üçün açar sözünü 2525 qısa nömrəsinə göndərmək lazımdır. Əgər "Həftəsonu" paketi üçün sifariş həftə arası (Bazar ertəsi - Cümə günləri) göndərilibsə, onda limitsiz trafik həmin həftənin Şənbə günü saat 00:00-dan Bazar günü saat 23:59:59-a qədər istifadə oluna bilər. Əgər sorğu Şənbə-Bazar günlərində göndərilibsə, onda limitsiz internet paketi həmin həftənin Bazar günü saat 23:59:59-a qədər istifadə edilə bilər.

"Həftəsonu" Limitsiz İnternet paketinin qiyməti 2.4 AZN təşkil edir. "1 saat" paketinin qiyməti 0.4 AZN, "3 saat" isə 1 AZN-dir. Fakturasız xətt abunəçilərinin qiymətinə ƏDV daxildir.

Təqdim olunan limitsiz tarif paketlərində sürətə məhdudiyyət qoyulmamışdır. Yalnız "Həftə sonu" limitsiz tarif paketində internetin sürəti 512 kbps müəyyən edilmişdir. "1 saat" və "3 saat" paketlərinin istifadə müddəti sona çatanda, növbəti 15 dəqiqə ərzində abunəçiləri İnternetinin maksimal sürəti 64 Kbps-ə qədər məhdudlaşdırılır və qeyd edilən 15 dəqiqə ərzində yaranan trafikə görə ödəniş tutulmur. Abunəçilərin nömrəsində eyni zamanda "1 saat" və ya "3 saat" tarif paketlərindən yalnız biri mövcud ola bilər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti