...

Azərbaycanda "Xalq kompüteri" layihəsi çərçivəsində 20 mindən çox müqavilə bağlanıb

Telekommunikasiya Materials 20 Dekabr 2012 14:03 (UTC +04:00)
2012-ci ildə "Xalq kompüteri" layihəsinə 3 milyon manat investisiya qoyulub.
Azərbaycanda "Xalq kompüteri" layihəsi çərçivəsində 20 mindən çox müqavilə bağlanıb

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir H. Vəliyev/

2012-ci ildə "Xalq kompüteri" layihəsinə 3 milyon manat investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə "Best Comp Group" (layihənin operatoru) şirkətinin baş direktoru Rauf Həsənov 2012-ci ildə layihənin reallaşdırılmasının yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

"Layihənin tətbiq edilməsindən etibarən fərdi kompüter alıcıları ilə bağlanan müqavilələrin sayı 20 284 ədəd təşkil edib", - Həsənov qeyd edib.

Bakıda satılan fərdi kompüterlərin sayı 3137 ədəd olub, qalanı isə regionların payına düşüb. 1517 fərdi kompüter 500 manat qiymətinə satılıb. Alıcılar arasında ən çox tələbat 501-700 manatlıq kompüterlərə olub. Belə alıcıların sayı 14 420 nəfər təşkil edib.

3532 alıcı 701-900 manatlıq, 815 alıcı isə qiyməti 900 manatdan yuxarı olan fərdi kompüterlərə üstünlük verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti