...

Azərbaycan poçtu poçt indeksləri və şöbələrinin elektron axtarış xidmətini işə salır

Telekommunikasiya Materials 28 Fevral 2013 13:47 (UTC +04:00)
"Azərpoçt" MMC poçt indeksləri və şöbələrinin axtarış sistemini işə salır. Bu barədə Trend-ə cümə axşamı MMC-dən məlumat verilib.
Azərbaycan poçtu poçt indeksləri və şöbələrinin elektron axtarış xidmətini işə salır

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC poçt indeksləri və şöbələrinin axtarış sistemini işə salır. Bu barədə Trend-ə cümə axşamı MMC-dən məlumat verilib.

Xidmətdən poçt operatorunun saytında mart ayından istifadə etmək mümkün olacaq və "Elektron hökumət" portalı ilə birləşdiriləcək.

"Azərpoct"un yeni elektron xidməti maraqlandıran indeks və poçt şöbəsi haqqında məlumat verməyə imkan verəcək. Bunun üçün indeksi axtarış sətrinə daxil etmək və maraqlandıran poçt şöbəsini seçməklə onun yerləşdiyi yer və iş cədvəli barədə məlumat, həmin poçt şöbəsində xidmət göstərilən ünvanların siyahısını, habelə başqa məlumatları əldə etmək olar.

Hazırda sistemdəki məlumatların təxminən 95 faizi real vəziyyəti əks etdirir. Sistemdəki məlumata yeni binaların və yaşayış massivlərinin meydana çıxması səbəbindən mütəmadi olaraq əlavələr olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti