...

Azərbaycanda elektron ticarət dövriyyəsinin 93,6 faizini qeyri-ərzaq malları təşkil edib

Telekommunikasiya Materials 13 İyun 2013 15:29 (UTC +04:00)
2013-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 7,5 milyard manat və ya 2012-ci ilin beş ayı ilə müqayisədə 8,8 faiz çox olub.
Azərbaycanda elektron ticarət dövriyyəsinin 93,6 faizini qeyri-ərzaq malları təşkil edib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

2013-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 7,5 milyard manat və ya 2012-ci ilin beş ayı ilə müqayisədə 8,8 faiz çox olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, pərakəndə ticarət bazarında satılmış istehlak mallarının 53,2 faizi ərzaq, 46,8 faizi qeyri-ərzaq mallarının hesabına formalaşıb, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,4 faiz artıb.

Yanvar-may aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin müvafiq dövrünə nisbətən 1,8 dəfə artaraq 901,1 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 87,3 faizini hüquqi, 12,7 faizini isə fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 843,2 min manatını (93,6 faizini) qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti