...

Vergilər Nazirliyinə edilən müraciətlərin 28 faizi elektron xidmətlərlə bağlı olub

Telekommunikasiya Materials 12 Oktyabr 2013 23:12 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 197 min 4 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 367 282 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.
Vergilər Nazirliyinə edilən müraciətlərin 28 faizi elektron xidmətlərlə bağlı olub

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi tərəfindən 197 min 4 müraciət cavablandırılıb, vergi ödəyicilərinə 367 282 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 139 018-i canlı rejimdə müfəttiş-operatorlar, 57 986-sı isə səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında vergi növləri (12,4%), elektron xidmətlər - elektron imza və "Asan İmza" sim-kartının əldə edilməsi (28%), hesabatlar və onların doldurulma qaydaları (9,2%), qeydiyyat (11,1%) barədə suallar, səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (48,2%) və dövlət büdcəsinə olan vergi borcları (27,6%) barədə müraciətlər üstünlük təşkil edib.

Hesabat dövrü ərzində canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılmış müraciətlərin sayı 2012-ci ilin müvafiq dövrünə nisbətən 33,4% artıb. Ötən dövr ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 1133 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 2%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb.

Müraciətlərin 72,8%-i Bakı şəhərindən, 14,4%-i ölkənin müxtəlif bölgələrindən, qalanı isə mobil operatorlardan daxil olub.

Xəbər lenti

Xəbər lenti