...

Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi il ərzində 30 faizdən çox artıb

Telekommunikasiya Materials 14 Aprel 2014 17:46 (UTC +04:00)
2014-cü ilin yanvar-mart aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox əmtəə satılmışdır.
Azərbaycanda elektron ticarət dövriyyəsinin həcmi il ərzində 30 faizdən çox artıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

2014-cü ilin yanvar-mart aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,1 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çox əmtəə satılmışdır.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istehlak mallarının 2,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 2,4 milyard manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Cari ilin birinci rübündə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-mart aylarına nisbətən 31,0 faiz artaraq 683,7 min manat təşkil edib.

Əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 81,7 faizini hüquqi, 18,3 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 91,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti